ice berg

ice berg Münasibətlər 24-10-2023, 18:50

Yuxusuzluq münasibətlərdə qəzəb yaradır

Yuxusuzluq münasibətlərdə qəzəb yaradır
Yuxusuzluq münasibətlərdə qəzəbi və digər mənfilikləri artırır.

Loading.aZ xarici KİV-ə istinadən xəbər verir ki, Amerikanın Villanova Universitetinin psixoloqları yuxusuzluğun romantik və ailə münasibətlərinin müxtəlif aspektlərinə təsirini aydınlaşdıran təcrübə aparıblar.

Eksperimentə evli və ya uzunmüddətli münasibətdə olan universitet tələbələri və digər qruplar cəlb olunub. Məlum olub ki, bir ay ərzində xroniki olaraq yuxusuz qalan könüllülər həyat yoldaşı yaxud partnyoru ilə qarşılıqlı əlaqənin müxtəlif aspektlərini mənfi şəkildə qəbul etməyə başlayıblar.

Xüsusilə, yuxusuzluqla əlaqəli qəzəb səviyyəsində artım müşahidə olunub. Mənfilik həm tərəfdaşın özünə, həm də ətrafındakılara, həyatın müxtəlif amillərinə yönəldilib. Xoşməramlılıq, anlayış, kömək etmək istəyi, tərəfdaşa dəstək olmaq, hətta cinsi yaxınlıq və məmnunluq keyfiyyəti azalıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
411 433 439 372 367 466

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.