ice berg

ice berg Texnologiya 8-11-2023, 14:00

Yeni smartfonun təqdimatı olacaq

Yeni smartfonun təqdimatı olacaq
Xiaomi-nin POCO brendi POCO M6 Pro 4G adlı yeni smartfonunu təqdim etməyə hazırlaşır.

Loading.aZ xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən smartfon ABŞ-ın Federal Rabitə Komissiyasında sertifikatlaşdırmadan keçib. Məlum olub ki, smartfon 2312FPCA6G model nömrəsinə sahibdir. Model nömrəsinin sonundakı G hərfi smartfonun məhz qlobal versiyasının sertifikatlaşdırmadan keçdiyinə işarə edir. Bununla yanaşı məlumatlar bazasında qeyd edilib ki, POCO M6 Pro 4G smartfonu 64 MP + 8 MP ikili arxa kameranı və optik stabilizasiya sistemini əldə edəcək. Smartfonun üstəlik kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi ilə təchiz olunacağı gözlənilir. POCO M6 Pro 4G-nin nə zaman təqdim olunacağı barəsində bir məlumat yoxdur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
407 441 359 403 400 391

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.