ice berg

ice berg Sevgi 22-11-2023, 23:55

Gözümdə canlanır xəyalın, ovcuma süzülür göz yaşlarım...

Gözümdə canlanır xəyalın, ovcuma süzülür göz yaşlarım...
Gedişin qədər qəlbimi heçnə incitmədi. Çalınan hər musiqidə axtardım səni, yağan hər yağışda, əsən hər küləkdə...
Pəncərəm yola tərəf hər gecənin qaranlığında düşünüb axtardığım tek sənsən. Gözümdə canlanır xəyalın, ovcuma süzülür göz yaşlarım...
Bir siqaret yandırıram hər tüstüsünü sən bilib içimə alıram, hər aldığım tüstüdə səni duyuram...
Necədə qəribədi siqaret ən yaxın dostuma çevrilib. Qəlbimdə qopan hər tufandan onun xəbəri var. Acılarıma necədə yanır için-için...
Necədə ağırdı ən çox sənə möhtac olmuşkən ən çox sənə uzaq olmaq...
Səncə bu ədalətsizlik deyilmi???
Su kimi, hava kimi möhtac olmuşkən sənə... Ulduzlar qədər uzaqsan mənə...
Nəfəs qədər yaxın, əlçatmaz qədər uzaq
Səncə bu ədalətsizlik deyilmi?
Hər kəs var ətrafında lakin ehtiyacın tək “O”

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
603 558 437 494 528 528

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.