Ulya

Ulya Şeirlər 7-08-2017, 16:00

Atamın dedikləri

Atamın dedikləri
Atamın dedikləri


Usandım dünyanın soyuq üzündən
Görüb , görəcəyim ömür də gün də
Bir damla yaş kimi düşdü gözümdən
Soyuq torpaqlara tapşırın məni
Üzümü üzünə qoyum isinim
Bir az sizdən doydum, bir az özümdən
Bir az da torpaqdan doyum, bəsinim.
Mənə yer eləyin ,ay əzizlərim,
Bacımın yanında qazın məzarı
Soyuq torpaqlara qoyun üzümü
Yönümü çevirin Tanrıya sarı.

Hər şey əzəlinə dönür sonunda
Dünya bir iblisdi, mələk donunda.
Inanıb, aldanıb yaşadım yetər,
Dərdinə qəminə “bəsdi” demədim
80 il yükünü daşıdım, yetər.
İndi də anamın isti qoynunda
Bir az rahatlanıb dincəlim barı
Soyuq torpaqlara qoyun üzümü
Yönümü çevirin Tanrıya sarı.

Aşıb vaxt səddini, zaman hasarı
Zamanın durduğu yerə gəlmişəm.
Arxaqda buraxıb olacaqları
O dünya deyilən sirrə gəlmişəm.
Dünyanın dərdindən alıb başımı
Anamın yatdığı pirə gəlmişəm.
Üzümə açıqmı haqq qapıları ?
Soyuq torpaqlara qoyun üzümü
Yönümünü çevirin Tanrıya sarı.




Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
647 581 614 468 592 559

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.