Aylardır başı ağrıyan kişinin beynində görün nə tapıldı - Həkimlər heyrətə gəldi
Vyetnamda aylardır baş ağrısından əziyyət çəkən 35 yaşlı kişi xəstəxanaya gedərkən həyatının şokunu yaşayıb.Sun.Azxarici mediaya istinadən xəbər verir ki, həkimlər maye axıntısı və dehidrasiya, həmçinin baş ağrıları şikayətləri olan kişinin beyin rentgenoqrafiyasını çəkib və onun beynində iki Çin yemək çubuğu olduğunu müəyyən ediblər.Həkimlər endoskopik əməliyyatla onun kəllə sümüyünə ilişmiş çubuqları çıxarıblar. Xəstənin vəziyyətinin yaxşı olduğu bildirilərkən, Neyrocərrahiyyə şöbəsinin müdiri Dr. Nguyen Van Man hadisəni "çox nadir" olduğunu bildirib.Digər tərəfdən həmin şəxs 5 ay əvvəl bir məkanda həddindən artıq sərxoş olan zaman dava etdiyini və bu şəxsin onun başına nəsə bıçaqla xəsarət yetirdiyini, lakin nə baş verdiyini xatırlamadığını bildirib.






