Köhnə-Təzə
Çox gözəl olsa da eybi gizlətmək
Dost dostun eybini örtməsin gərək. (Nizami Gəncəvi)
Demədiyimi hər vaxt deyə bilərəm, lakin dediyimi dana bilmərəm. (Əbdürrəhman Cami)
Dəmir işləməyəndə paslanır, su bir yerdə qalanda iylənir, insan ağlı isə tətbiq edilmədikdə kütləşir. (Leonardo da Vinçi)
Ədəb sayılsa da məclisdə susmaq
Məsləhət zamanı danışmaq gərək
İki şey ağıla nöqsan sayılır
Yersiz susmaq ilə yersiz söz demək (Sədi Şirazi)
Elə cinayət var ki, bağışlanmır, bu vətənə xəyanətdir. (Əbülhəsən Bəhmənyar)
Elm atom bombasını kəşf etdi,lakin əsl pislik insanların beyinlərində və qəlblərindədir. (Albert Eynşteyn)
Elmi olub, ağlı olmayan adama elm əziyyət verər. (Nuşirəvan Adil Xosrov)
İçkinin başlanğıcı günah, ortası sərxoşluq, sonu fəlakətdir. (Xaqani)
İki adam öldü və dünyadan həsrət getdi:
biri yığdı yemədi, digəri bildi eləmədi. (Sədi Şirazi)
İnci tək sözlər seç, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin.
Az sözün inci tək mənası olmaz,
Çox sözün kərpic tək qiyməti olmaz. (Nizami Gəncəvi)
İnsanların ən qüvvətlisi qeyzli vaxtında özünü saxlayandır. (M. T. Sidqi)
Nursuz göz kimidir elmsiz ürək,
Nadan insanlıqdan uzaqdır gerçək. (Əvhədi Marağayi)
Qüsursuz olsaydıq, başqalarının qüsurlarını tapıb ortaya çıxartmağa bu qədər maraq göstərməzdik. (Fransua de Laroşfuko)
Şərab dənizdən çox insan məhv edib. (Naməlum)
Sözün də su kimi lətafəti var
Hər sözü az desən daha xoş olar
Bir inci saflığı varsa da suda
Artıq içiləndə dərd verir su da. (Nizami Gəncəvi)
Xəstəlik törədən amilləri sən
Çalış ki, özündən kənar edəsən
Uzaq ol dərmandan, acmamış yemə
Doymamış əlini götür süfrədən. (Əbdürrəhman Cami)
Xoşbəxt o adamdır ki, özgənin günahlarını saymağa vaxt itirməyib, öz şəxsi qüsurlarını düzəltməklə məşğuldur. (Əbül Fərəc)
Zəif olan, heç bir zaman bağışlamaz.
Bağışlamaq böyük insanların bir hünəridir... (Əli bin Əbu Talib)