ice berg

ice berg Programlar 11-12-2023, 16:00

“WhatsApp”dan YENİLİK - Səsli mesajlar bir dəfə dinləniləcək

“WhatsApp”dan YENİLİK - Səsli mesajlar bir dəfə dinləniləcək
Məşhur “WhatsApp” messenceri səsli mesajlar üçün “Bir dəfə bax” adlı öz-özünə silinən funksiyasını təqdim edib.

Loading.aZ xəbər verir ki, bu funksiya 2021-ci ildən foto və videolar üçün tətbiq edilmişdi. Ancaq indi tətbiqdə məxfilik səviyyəsininin artırılması ilə audio mesajlara da şamil edilib.

Messencer tərtibatçıları yeni funksiyadan məxfiliyin artırılması tələb olunan hallarda, məsələn, həssas məlumatların ötürülməsi zamanı istifadə etməyi təklif edirlər.

Məlumata görə, funksiya tədricən iOS və Android əsaslı telefonlarda zamanla tətbiq olunacaq. Yeniləmənin yaxın günlərdə istifadəyə veriləcəyi gözlənilir. Bu funksiyanı aktivləşdirmək üçün istifadəçilər səsli mesaj yazarkən mesajın vizual ekranının yanındakı “1” işarəsinə klikləməklə “Bir dəfə bax” seçimini edə biləcəklər. Bununla da qarşı tərəf səsə yalnız bir dəfə dinləyə biləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
383 398 361 353 324 346

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.