ice berg

ice berg Müxtəlif 17-12-2023, 22:00

Tanrının qollarına gedəcəm

Tanrının qollarına gedəcəm
•Son dayanacağından xəbərsiz olduğum hər hansı qatara bilet alıb, pəncərədən sürətlə keçən mənzərəyə doğru bilmədiyim bir dilin əlifbası ilə çalan musiqiləri dinləmək istəyirəm. Enəcəyim nöqtəyə qədər anlaşılmaz cümlələrimi daha da qarışdırıb, bir şeylər qaralamaq, gözlərim yorğunluqdan qapanıncaya qədər köhnə qoxulu, yeni kitablardan başqa həyatları oxumaq, adını belə söyləyə bilmədiyim küçələrin bilmədiyim döngələrində, tanımadığım insanlara gülümsəmək. Azadlığı küləyin sovurduğu saçımın hər telində hiss etmək və ən nəhayətində yaşadığımı hiss etmək istəyirəm. Bir gün torpağa toxunub, buludları aşaraq, ulduzların ötəsinə keçdikdə, niyə yaşamaq üçün bu qədər çırpınarkən, hər zaman önümə divarlar hörüldüyünü sormayacam, təqvimlər dəyişincə birşeylərin dəyişmədiyini anlamaq çox vaxtımı almadı sadəcə son bir dəfə gülümsəyib,geriyə baxmamaq üçün yumruqlarımı möhkəm sıxacam və sarılacaq kimsəm qalmadığından, tərəddüdsüz Tanrının qollarına gedəcəm...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
412 519 354 367 418 347

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.