ice berg

ice berg Texnologiya 21-12-2023, 16:00

Yeni “Apple Watch”ın böyük ekranı olacaq

Yeni “Apple Watch”ın böyük ekranı olacaq

“Apple Watch”un növbəti nəsli daha böyük Micro LED displeyinə sahib olacaq.

Loading.aZ xəbər verir ki, 2026-cı ildə “Apple Watch”un panelində yeni növ LED – Micro LED-dən istifadə olunacaq. Bundan əlavə, o, sensorun ölçüsünün hazırkı “Apple Watch Ultra”dan təxminən 10% böyük olacağı proqnozlaşdırır. Bu o deməkdir ki, yeni saatın diaqonalı təxminən 2,12 düym olacaq.

Apple iki əsas Micro LED ekran təchizatçısı ilə müqavilə imzalayıb. Alman LED nəhəngi ams OSRAM və LG Display. Ams OSRAM 10x10 mikrondan kiçik mikro-LED çipləri istehsal edəcək. Öz növbəsində, LG Display ekranlar üçün əlavə komponentlərin buraxılmasına cavabdeh olacaq.

Bildirilir ki, Micro LED texnologiyasına keçid “Apple”ın saat displeyləri üçün xərclərini əhəmiyyətli dərəcədə azaldacaq. 2026-cı ilə qədər bir matrisin qiymətinin təxminən 120 dollar olacağı gözlənilir. Bu da OLED panelinin hazırkı qiymətindən 2,5-3 dəfə ucuzdur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
376 444 364 398 353 354

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.