ice berg

ice berg Gözəllik 22-12-2023, 19:00

Yapon qadınların üz gözəlliyinin sirri

Yapon qadınların üz gözəlliyinin sirri
Yapon qadınları əsrlər boyu dərilərinə qulluq baxımından digər xalqlardan fərqləniblər.

Yaşlanmanın təsiri ilə dərimiz yavaş-yavaş ləkələrə təslim olmağa başlayır. Günəşə məruz qalması nəticəsində dəri səthində yaranan bu ləkələr çox vaxt dəriyə qulluq məhsulları ilə aradan qaldırıla bilmir. Ancaq dəridəki ləkələri aradan qaldırmaq üçün təbii üsullar daha yaxşıdır. Yapon qadınları dərilərini ağartmaq üçün düyüdən istifadə edirlər.

Dərinizi düyü maskası ilə ağartmaqla dəri ləkələrindən xilas ola bilərsiniz. Düyü suyu dəri məsamələrini təmizləməyə kömək edir, dərinin tonunu açır, müxtəlif ləkələri aradan qaldırmağa kömək edir.

Dərini düyü suyu ilə ağartmaq üçün əvvəlcə bir az düyünü toz halına salın. Sonra düyü tozunu qəhvə qabına qoyun və üzərinə az miqdarda süd əlavə edib ilıq olana qədər qızdırın. Soyuduqdan sonra qarışığı pambıqla dərinizə çəkin. Maskanı dəridə 30 dəqiqə saxlayıb, gözləmə müddətinin sonunda dərinizi ilıq su ilə yuyun. Bu cür maskanı hər gün tətbiq edə bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
433 413 383 337 343 382

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.