Nazir müavini: 30 il davam edən işğal dövründə Ermənistan Qaragölü ölü gölə çevirib
Azərbaycanın meşə sahələrində hər ilin yaz və payız mövsümlərində meşəbərpa tədbirləri aparılır, yaşıllıqların miqyası genişlənir. Son 5 ildə nə qədər ərazidə meşəbərpa tədbirləri görülüb?
- Məlumdur ki, Azərbaycan ərazisinin cəmi 11,8%-i meşə örtüyü altındadır. Bu baxımdan meşə örtüklü ərazilərimizin artırılması, yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə davamlı tədbirlər həyata keçirilir. Son beş ildə meşə ilə örtülü olmayan meşə fondu torpaqlarının 12 min hektarında 9 milyondan çox ağac-kol tingi əkilib, genişmiqyaslı meşəbərpa işləri aparılıb, ərazilərə 165 tondan çox yerli meşə cinslərinin toxumları səpilib. Qeyri-meşə fondu ərazilərində, xüsusən Abşeron yarımadası və ətraf ərazilərdə yaşıllaşdırma işlərinin aparılması üçün tədbirlər görülüb və proses davam edir.
“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC tərəfindən 3000 hektar ərazidə 2,4 milyondan çox ağac və kol tingi əkilib. Əkin işləri əsasən Müşfiqabad qəsəbəsi və Xocəsən gölünün ətrafında, Bayıl yamacında, hava limanından şəhərə doğru gələn Zığ şosesinin sağ və sol istiqamətlərində, paytaxtdan şimal-qərb istiqamətində çıxan Bakı-Şamaxı, şimal istiqamətində çıxan Bakı-Quba və cənub-qərb istiqamətində çıxan Bakı-Qazax və Bakı-Astara magistral yollarının kənarlarında həyata keçirilib.