ice berg

ice berg Sevgi 6-03-2024, 22:00

Sönən ocağın küllərindən çiçək açmağını gözləmək nə ağırdır..

Sönən ocağın küllərindən çiçək açmağını gözləmək nə ağırdır..
Dönüb geriyə baxanda nə qədər gülünc görünür yaşadıqlarım, axıtdığım göz yaşlarım, şişgin göz altlarım və çəkdiyim ağrılar.. ancaq zamanında nə qiyməti idi hər şey. Nə çox sevmişdim səni, nə çox dəyər vermişdim. İndi soruşsan səbəb belə verə bilmərəm bəlkə də. O qədər dərinlərdə boğulmağım üçün hansı səbəbi vermişdin ki, mənə? Heçnə.. bəlkə də gerçək sevginin əsl tərifi budur. Cavabsızlıq. İnsanın məntiqini, ağlını və inandığı bütün doğrularını könüllü şəkildə rədd etməsidir. Ruhun ilk üsyanı, ən zövqlü zirvəsi və ən ağır məğlubiyyətidir. Nə ağrılı duyğudur ən çox sevdiyin bir düşüncənin zamanla sənə ağrı verməsi. Xatirələrin qəlbində sancı yaratması və ən xırda şeyi belə unutma arzusu. Nə ağırdır qazandığını itirmək, sahib olduğuna artıq yad olmaq.. nə ağırdır bir müddət sonra artıq darıxmamaq və əllərinlə ilmək-ilmək toxuduğun hər şeyi nifrətlə kəsib doğramaq. Sönən ocağın küllərindən çiçək açmağını gözləmək nə ağırdır.. itirdiyin inamı, güvəni, sevmək və sevilmək arzusunu içində yenidən bərpa etməyə çalışmaq.
Və qorxmaq; hər şeydən və hər kəsdən..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
573 560 496 479 458 443

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.