Ulya

Ulya İslam Dini 9-08-2017, 23:00

Mənəvi işlərə nəzarətdə islamın görüşləri

Mənəvi işlərə nəzarətdə islamın görüşləri




İslam dini insanları elə tərbiyə edir ki, fərdlər təkcə özlərinin deyil, başqalarının da fikrində olsunlar. Hətta namazda fərdlə Allahın arasında olan rabitədə belə müsəlmana “biz” demək buyurulur. “Mən” deməməlidir. Maddi işlərdə olduğu kimi, insanlar bir-birlərinin mənəvi işlərinə diqqət yetirməlidirlər.
Bir kəs cəmiyyətdə mənəvi pozğunluğa səbəb olacaq bir iş görərsə, onu həmin işdən çəkindirmək lazımdır. Bəlkə də mənəvi məsələlərdə nəhy əz münkər etmək daha vacibdir. Çünki, insan ruhunun maddiyyatdan daha üstün dərəcəsi var. Maddiyyat fanidir, amma mənəviyyat əbədidir və heç zaman itmir. Günaha batıb əbədi əzaba məhkum olmuş şəxsi, maddi atəşdə yanan birisi ilə müqayisə etmək olmaz. Bir nəfərin özünü yandırmaq və ya suda boğmaq istədiyini gördükdə, vicdanımız bu işə razı olurmu? Deyəcəksiniz ki, ürəyi belə istəyir, özü bilər?! Deməli, özünü odun içərisinə atmaq istəyən şəxsi zorla tutub saxlamalısınız. Bu ki, dünyəvi atəşdir və yaxıb-yandırmağı da bir neçə saatlıqdır. Bir neçə saatlıq əzab-əziyyətdən sonra yanıb məhv olursan və ağrılar da ölümlə qurtarır. Amma əbədi olaraq yanmağa səbəb olan bir işin qarşısını almaq daha vacib və zəruridir.
Quran bu barədə buyurur: “Onların dəriləri yanıb qurtardıqca, əzabı dadsınlar deyə, yeni dərilərlə əvəz edərik.”
Allah-taala buyurur ki, kafirləri cəhənnəmdə yandıranda dəriləri yanar və külə dönər. Yenidən əzab təkrarlansın deyə, onların bədənində yeni dəri bitirilər. Bu halın sonu olmaz; yandıqca yanarlar. Görəsən, bu insanların günahı nə imiş? Rəbbimiz buyurur: Onlar mənim buyurduğumdan boyun qaçıranlardır, günahkarlardır. Siz görəndə ki, bir nəfər belə əzaba səbəb olacaq günah iş tutur, vicdanınız onun əlindən tutub saxlamağa, günahdan çəkindirməyə vadar etməyəcəkmi? İslamda əmr be məruf, nəhy əz münkər ancaq maddi zərərlərə aid edilmir. İslam günahın da qarşısının alınmağını tələb edir. Çünki, günahkar şəxs əbədi axirət əzabına düçar olur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
801 859 762 837 796 707

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.