Yalnız arıqlamaq məqsədi ilə oruc tutmaq olarmı?
"Oruc sırf Allaha ibadət məqsədilə edilən ibadətlərdən biridir. Oruc tutan insanın əsas niyyəti Allaha ibadət olmalıdır. Arıqlamaq oruc tutarkən əsas yox, ikinci dərəcəli məqsədlərdən biri ola bilər".
Bu sözləri deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, oruc ibadəti yalnız ac qalmaqla yerinə yetirilməməlidir. Oruc sözü ərəb dilində tutmaq mənasını ifadə edir.
"Oruclu insan günah əməllərdən də özünü tutmalıdır. İnsanların haqqına girməkdən, qeybətdən, dedi-qodudan, insanları ələ salmaqdan və digər müsəlmana yaraşmayan əməllərdən uzaq olmalıdır.
Oruc tutan insan hətta beynini belə pis fikirlərdən təmiz saxlamalıdır. Əgər oruc tutan insan günah əməllərə davam edirsə, insanları incidirsə, onların haqqına girirsə və digər günah əməllərə yol verirsə bu orucun ona heç bir faydası yoxdur. Çalışaq ruhən və cismən oruc tutaq".
Deputat onu da qeyd edib ki, orucluqla bağlı ən çox sual verilən suallardan biri də unudaraq qida qəbul etməyin və ya su içməyin orucu pozub-pozmaması ilə bağlıdır.
"Dinimizə görə oruclu olduğunu unudaraq qida qəbul etmək və ya su içmək orucu pozmur. Bu barədə Məhəmməd Peyğəmbər (s) buyurub: "Hər kim oruclu ikən yaddan çıxararaq yemək yeyər və ya su içərsə, orucunu tamamlasın. Çünki onu Allah-Taala yedirib-içirmişdir".
Odur ki, oruclu olduğunu unudaraq qida qəbul edən və ya su içən insanlar narahat olmasınlar, oruclarına davam etsinlər. Onların orucu pozulmur. Allah bütün dua və orucları qəbul etsin! Allah dövlətimizi, ölkə başçımızı və xalqımızı qorusun!