ice berg

ice berg Maraqlı 19-03-2024, 14:00

"Milyonçu" filmindəki kimi... - 1 milyonu uddu

"Milyonçu" filmindəki kimi... - 1 milyonu uddu
Türkiyənin "Kim Milyoner Olmaq İster" yarışmasına qatılan gənc iştirakçı 1 milyon TL-lik mükafatı qazanıb.

"Loading.aZ" xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Belə ki, məşhur aktyor Kənan İmirzalıoğlunun təqdimatı ilə keçirilən "Kim Milyoner Olmaq İster" yarışmasında Berk Göktaş adlı gənc iştirakçı bütün sualları düzgün cavablandıraraq 1 milyon lirə məbləğində mükafat alıb.

Ona həmin məbləği aşağıdakı sual qazandırıb:

"1920-ci il aprelin 23-də açılan Türkiyə Böyük Millət Məclisinin birinci dövr millət vəkillərindən hansı millət vəkili olduğu vilayətlə düzgün uyğunlaşır?

A)Mustafa Kamal Paşa, Antep

B)Kazım Qarabəkir Paşa, Ərzurum

C)Miralay İsmət, Malatya

D) Fevzi Paşa, Kozan


Həmin suala düzgün cavab verməklə (D bəndində göstərilən cavab) maksimal göstərici əldə edən Göktaş hisslərini belə ifadə edib:

"Mənim hisslərim qarışıq, izah oluna bilməz, ancaq yaşana bilər! Yaşadıqlarım film lenti kimi gözümün önündən keçdi. Çox həyəcanlıyam".

Xatırladaq ki, sonuncu dəfə ötən ilin sentyabrında verilişə qatılan Rabia Birsen adlı fiziki məhdudiyyətli iştirakçı 1 milyon TL-lik sualı düzgün cavablandırıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
350 348 320 290 323 294

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.