ice berg

ice berg İdman 24-03-2024, 23:39

Karlos Sayns "Formula-1" Avstraliya Qran Prisinin qalibi olub

Karlos Sayns "Formula-1" Avstraliya Qran Prisinin qalibi olub
"Ferrari" komandasının ispaniyalı pilotu kiçik Karlos Sayns Avstraliyada "Formula-1" çempionatının üçüncü mərhələsinin qalibi olub.

Yarış Melburndakı Albert Park trekində baş tutub.

Onun moneqasklı komanda yoldaşı Şarl Lekler ikinci yeri tutub. İlk üçlüyü "Maklaren"dən britaniyalı Lando Norris tamamlayıb.

Hazırkı dünya çempionu, "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen isə dördüncü dövrədə əyləc diskinin yanması səbəbindən yarışdan kənarda qalıb. Həmçinin "Mersedes"in britaniyalı pilotları Lyuis Həmilton və Corc Rassel də yarışı tamamlaya bilməyiblər.

Qeyd edək ki, "Formula-1"in növbəti mərhələsi aprelin beşindən yeddisinədək Yaponiyada keçiriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
406 409 351 316 388 360

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.