ice berg

ice berg Avto Dünya 25-03-2024, 21:00

“Toyota Corolla” birinciliyi itirdi, ən çox satılan hansıdır?

“Toyota Corolla” birinciliyi itirdi, ən çox satılan hansıdır?
2023-cü ilin sonunda “Tesla Model Y” dünyada ən çox satılan avtomobil olub və 20 ildir ki, satışlarda dünya lideri olaraq qalan “Toyota Corolla”nı birinci mövqedən sıxışdırıb çıxarıb.

Loading.aZ xarici mediaya istinadla bildirir ki, 2023-cü ildə “Tesla Model Y” satışları 51% artaraq 1,15 milyon avtomobilə çatıb. Amerikanın elektromobili ən çox satılan modellərin reytinqində üç pillə yüksəlib. İyirmi ildir liderliyini qoruyub saxlayan “Toyota Corolla” 1,13 milyon avtomobillə ikinci yerə düşüb. Ondan sonra “Toyota RAV4” krossoveri gəlir. İl ərzində dünyada bu modelin 934,9 min avtomobili satılıb.

Şimali Amerikada olduqca məşhur olan “Ford F-Series” pikapı 901,6 min avtomobil satışı ilə dördüncü yeri tutub. Ondan sonra “Honda CR-V”, “Chevrolet Silverado” və “Toyota Camry” gəlir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
365 349 321 322 326 353

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.