ice berg

ice berg Programlar 29-03-2024, 20:00

"WhatsApp" istifadəçilərini sevindirəcək daha bir YENİLİK

"WhatsApp" istifadəçilərini sevindirəcək daha bir YENİLİK

"WhatsApp" messenceri istifadəçilərinə ünsiyyət qurmaq üçün yeni imkan tanıyacaq. Belə ki, mesajlaşma şəbəkəsi istifadəçinin yeni kontaktlarını müəyyənləşdirəcək və onlarla söhbətə başlamağı istifadəçiyə təklif edəcək.

Bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Məlumata görə, "WhatsApp" çatlar siyahısında yeni bölmə təqdim edəcək. Bu bölmədə söhbətə başlamaq üçün ünvan kitabçasından təklif olunan yeni kontaktlar göstəriləcək və yeni söhbətlərin başlaması asanlaşdıracaq.

Mütəxəssislərin fikrincə, istifadəçilər yeni qarşılıqlı əlaqə üçün təkliflər almamağa üstünlük verərsə, yeni bölmə istənilən vaxt parametrlərdə silinə bilər. Yeni funksiya inkişaf mərhələsindədir. Onun Android cihazları üçün gələcək proqram yeniləməsində mövcud olacağı gözlənilir

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
332 393 312 322 331 270

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.