n2006

n2006 Gözəllik 2-04-2024, 09:02

Soyuducuda saxlanması vacib olan 6 kosmetik məhsul

Soyuducuda saxlanması vacib olan 6 kosmetik məhsul
Bəzi kosmetik məhsulları da soyuducuda saxlamaq lazım olduğunu bilirsinizmi?

Çoxumuz gözəllik vasitələrini hamam şkafında, ya da makiyaj masasında saxlayırıq. Əslində isə, onların bəzilərini soyuducuda saxlamaq lazım olduğunu bilirdinizmi? Amerikanın məşhur dermatoloqu Dendi Engelmanın sözlərinə görə, bununla təkcə kosmetik vasitələrin ömrünü uzatmır, həm də temperaturunu sabit saxlayırsınız. Beləliklə, hədsiz isti və ya soyuğa məruz qalmayan kosmetika üzə asanlıqla çəkilir.

Publika.az dermatoloqun soyuducuda saxlamağı tövsiyə etdiyi kosmetik vasitələrin siyahısını təqdim edir:

1. Göz kremi: Göz kreminin soyuq olması təkcə sərinlədici effekt yaratmır, eyni zamanda, qan damarlarındakı şişkinlikləri də azaldır.

2. Ətir: İstilik və günəş işığı ətrin qoxusunu dəyişə bilər. Ətir çox uzun müddət istidə qalarsa, içindəki kimyəvi maddələr korlanır və qoxusu tamamilə dəyişir.

3. Təbii bədən məhsulları: Məhsulların təbii olduğunu, tərkibində qoruyucu və kimyəvi maddə olmadığını unutmamalısnız. Çünki təbii məhsullarda bakteriya tez əmələ gəldiyindən soyuducuda mühafizə etməklə istifadə müddətini uzada bilərsiniz.

4. Üz maskaları: Sərin üz maskaları kapilyar damarları daraldır və qızartını azaldır. Bundan başqa, həssas və qıcıqlanan dəri üzərində sakitləşdirici təsirə malikdir.

5. Göz layneri: Makiyaj mütəxəssisləri göz qələmi və layneri xüsusilə, çəkməzdən 10 dəqiqə əvvəl soyuducuya qoymağı təklif edir. Bu zaman cizgilər daha düzgün çəkilir.

6. Dodaq boyası/dodaq balzamı: Teksturasını və istifadə müddətini uzatmaq üçün dodaq boyası və balzamını soyuducuda saxlamalısınız. Bu məhsulları istilikdən uzaq tutaraq kimyəvi maddələrin parçalanmasına mane olarsınız.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
377 419 368 359 391 304

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.