Nəfəs

Nəfəs Gözəllik 3-04-2024, 16:20

Makiyaj seçimi dodaqların görünüşünə təsir edir

Makiyaj seçimi dodaqların görünüşünə təsir edir
Dolğun və cəlbedici dodaqlara sahib olmaq bir çox xanımın arzusudur. Hazırda bunu müasir cərrahi yollarla, botoks və dolğu vasitəsi ilə əldə etmək çox asandır. Əgər siz bu üsullardan istifadə etmədən, təbii yollarla daha dolğun dodaqlara sahib olmaq istəyirsinizsə onda, bu yazımızı diqqətlə oxuyun.
Sizə təbii vasitələrlə daha qalın dodaqlara sahib olmağın 5 üsulunu təqdim edirik.
Makiyaj edərkən dodaqları ön plana çıxarın. Bunun üçün onun alt və üst kənarlarına daha açıq rəngdə dodaq boyası yaxud qələm çəkin. Daha cəlbedici görüntü üçün üzərinə parladıcı boyalardan da istifadə etmək olar.
Daha böyük dodaqlar üçün kölgə effektli makiyajdan istifadə edə bilərsiniz. Bu zaman qəhvəyi göz qələmindən yararlanmaq olar. Kölgə verdiyiniz zaman dodaqlar daha dolğun görünəcək. Çalışın ki, qələmdən çox istifadə edib xoşagəlməz görüntüyə səbəb olmayın.
Düzgün rəng seçimi də dodaqların görünüşünə təsir edir. Belə ki, daha tünd rəngli boyaladan istifadə kiçik, açıq və parlaq rənglərdən istifadə isə böyük və canlı görüntü yaradır.
Dodaq boyası ilə eyni rəngdə qələmdən istifadə edin. Bu zaman daha iri dodaqlar əldə etmək üçün qələmi, dodaq xətlərin bir az xaricinə çəkin. Ardından isə qələm ilə eyni tonda olan boyadan istifadə edib, gözəl nəticə əldə edə bilərsiniz.
Həcmli dodaqlar üçün bir digər üsul isə, xüsusi dolğunlaşdırıcı boyalardır. Həssas cildə sahib olan insanlara bu boyalardan istifadə etmək məsləhət deyil.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
428 409 335 314 399 332

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.