Lusi

Lusi İdman 10-08-2017, 13:41

ABŞ məşhur futbolçunu “qara siyahı”ya saldı

ABŞ məşhur futbolçunu “qara siyahı”ya saldı



ABŞ Maliyyə Nazirliyi narkomafiya ilə əlaqələrdə ittiham olunan Meksikanın 22 vətəndaşı və 42 şirkətinə qarşı sanksiyalar tətbiq edib.
Sanksiyalara məruz qalanlardan biri də Meksikanın futbol üzrə milli komandasının üzvü Rafael Markesdir.
Futbolçu narkomafiya bossu Flores Ernandeslə əlaqələrdə ittiham olunur. Siyahıya Markeslə birlikdə Meksika müğənnisi Xulio Sezar Alvares Montelonqo düşüb. Müğənninin də Ernandeslə əlaqələri olduğu bildirilir.
Qeyd edək ki, fevralda 38 yaşı tamam olan Markes Meksika futbolunun tarixində ən yaxşı oyunçulardan biri hesab edilir. O xaricdə İspaniyanın "Barselona”, Fransanın "Monako” və "Lion”, həmçinin bir sıra klubların şərəfini qoruyub

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
520 611 452 499 530 497

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.