Ulya

Ulya Şeirlər 10-08-2017, 23:00

Məhəbbət olmayanda

Məhəbbət olmayanda



Açılmaz könlüm, gözüm,
Quruyar söz dənizim.
Qalmaz nişanəm,izim
Məhəbbət olmayanda.

Heçdi şöhrət də, ad da,
Təntənə də, busat da.
Boş görünər həyat da
Məhəbbət olmayanda.

Sular sahilə qonar
Qumlar çimər, yuyunar.
Ürəyim buztək donar
Məhəbbət olmayanda.

Qartal qonarmı dağa,
Şeh düşərmi yarpağa.
Olmaz el-elə arxa
Məhəbbət olmayanda.


Hər söz könül deməkdir,
Hər söz çarpan ürəkdir.
Söz buza dönəcəkdir
Məhəbbət olmayanda.

Gəl dünyanı dolan,gəz,
Bu dünyaya inan gəz.
Bir toxum da cücərməz
Məhəbbət olmayanda...


Məhəbbət olmayanda

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
675 745 727 661 635 685

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.