Diablo

Diablo Gözəllik 27-04-2024, 18:00

Hansı meyvənin tumu botoks effekti verir?

Hansı meyvənin tumu botoks effekti verir?
Avokado tumu ilə zeytun yağının birləşməsi sayəsində dəri və saç problemlərindən xilas olmaq çox asandır.

Bir çox insanı maraqlandıran məsələ isə avokado tumunun kollagen təsiridir. Müəyyən yaşdan sonra orqanizmdə kollagen istehsalı azalmağa başlayır və arzuolunmaz qırışların əmələ gəlməsinə səbəb olur. Yaşlanma əlaməti sayılan bu halları yüngülləşdirmək üçün avokado toxumundan istifadə edə bilərsiniz. O, kollagen ehtiyacını tam ödəyərək dərini sıxır, sallanmaların qarşısını alır.

Avokado tumunun kollagen təsirindən faydalanmaq üçün onu zeytun yağı ilə birgə istifadə etmək lazımdır. Dərinin kollagen ehtiyacı qarşılanır və parlaqlığı təmin edilir. Dəri botoks effekti əldə edərək dartılmağa başlayır.

Avokado tumundan əl və üz baxımında istifadə edərək nəmləndirici ehtiyacınızı da qarşılaya bilərsiniz. Avokado yağında olan nəmləndirici xüsusiyyət quru və zədələnmiş saçlar üçün də idealdır. Saç köklərinə nüfuz edir, onları içəridən nəmləndirir və saçları yumşaldır. Bundan sonra saçlar güclənməyə başlayır. Bu müalicə üsulu saçın təbii parıltısını bərpa etməyə imkan verir.

Avokado tumundan necə istifadə etmək olar?

1 ədəd avokado tumunu əvvəlcə yaxşıca təmizləməli və üst qabığını soymalısınız. Qabıqdan tamamilə təmizləndikdən sonra onu rəndələməyə başlayın. Rəndələnmiş avokado tumuna saf zeytun yağı əlavə edib 7 gün qapalı və sərin yerdə saxlayın. Bundan sonra qarışım istifadəyə hazır olacaq.

Parlaq və təmiz dəri üçün müntəzəm olaraq bu qarışımdan istifadə edə bilərsiniz. Qarışımı üz və ya saça tətbiq edib 10 dəqiqə gözləmək, sonra isə ilıq su ilə təmizləmək lazımdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
380 348 314 331 333 320

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.