Ulya

Ulya Şeirlər 12-08-2017, 21:00

Unutmağı bacarmadım

Unutmağı bacarmadım



Nə qədər ağlayıb yalvarsan da sən,
İnan ki, bir daha dönmərəm geri.
Qəlbimə çox ağır bir dağ çəkmisən,
Ağrıyır hələ də o dağın yeri...

Səni dəli kimi sevsəm də yenə,
Sevgini nifrətə çevirə bildim.
Həm sevinc, həm kədər vermişdin mənə,
Kədəri saxlayıb, sevinci sildim.


Çox çətin olsa da, alışdı ürək,
Sənsiz yaşamağa, deyib-gülməyə.
Səni unutmağa çalışdı ürək,
Bunu bacarmadı, bilmirəm niyə...

Unutmağı bacarmadım

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
602 621 550 552 552 540

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.