ice berg

ice berg Avto Dünya 5-05-2024, 11:00

“Hyundai”ın bu modellərində ciddi NÖQSAN: geri çağırıldılar

“Hyundai”ın bu modellərində ciddi NÖQSAN: geri çağırıldılar
Koreyanın “Hyundai” şirkəti 13,5 min avtomobili təmir üçün geri çağıracaq.

Loading.aZ'ın xarici mediaya istinadla məlumatına görə, qeyd olunur ki, 7 349 “Elantra”, 2 364 “Venue” və 3 798 “Kona 2024” model avtomobillərində istehsalçıda nasaz işlənmiş qazın resirkulyasiya sisteminin sensorları quraşdırılıb.

Avtomobilin istismarı zamanı sensorda qısaqapanma baş verə bilər ki, bu da mühərrikin dərhal dayanmasına səbəb olacaq. “Hyundai” 14 oxşar hadisədən xəbərdar olduğunu bildirib.

Avtomobil sahibləri ən yaxın dilerlə əlaqə saxladıqda nasaz hissələr pulsuz dəyişdiriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
333 400 294 325 298 312

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.