n2006

n2006 Xəbərlər 8-05-2024, 13:07

"Eldar, biabırçılıqdır, istefa ver"

"Eldar, biabırçılıqdır, istefa ver"
Xəbər verdiyimiz kimi, "Avroviziya" təmsilçilərimiz İlkin Dövlətov və Fahree finala vəsiqə qazana bilməyiblər.

LoaDinG.Az xəbər verir ki, nəticələr açıqlandıqdan sonra sosial şəbəkədə tənqid olunan Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri, müğənni Eldar Qasımov olub. İnsanların əksəriyyəti beynəlxalq yarışdakı uğursuzluğun səbəbini Eldarda görüblər.

Eldarın instaqram hesabındakı sonuncu paylaşımına ötən gecədən bu yana yüzlərlə şərh yazılıb.

İnsanların hamısı şərhdə Eldarın bu postdan istefa verməli olduğunu qeyd ediblər.

İfaçıya "Eldar, deleqasiyadan get, təcrübəsiz ifaçıları ora niyə yollamısan?", "Eldar, deleqasiyadan getməyin vaxtıdır. 2 ildir finala çıxa bilmirik", "Avroviziya" sənlik deyil, əl çək", "Eldar, biabırçılıqdır, istefa ver" kimi şərhlər yazılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
262 251 225 279 212 271

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.