ice berg

ice berg Gözəllik 11-05-2024, 14:31

İdeal bədənin 7 sirri

İdeal bədənin 7 sirri
Yay başlayıb, deməli bədən quruluşumuzu qaydaya salmaq və sağlam həyat tərzi sürmək zamanıdır. Sənə özünəinam bəxş edən, həmçinin bir illik enerji ilə təmin edən güclü və gözəl bədən quruluşu yaratmaqdan danışaq!

1. REAL MƏQSƏDLƏR MÜƏYYƏN ET
Məzuniyyət və ya əyləncə gecəsi üçün arıqlamağa çalışmaq lazım deyil. Qidalanmada məhdudiyyət sənin metabolizmini ləngidir, bu isə sağlamlığa pis təsir edir və uzunmüddətli nəticələr vermir. Real məqsədlər müəyyən et və onlara nail olmaq üçün özünə kifayət qədər vaxt ver.

2. CƏDVƏLİN GÜCÜ
Sən görüşləri, vacib işləri və hətta dostların ilə vaxtı əvvəlcədən planlaşdırırsan. Nə üçün öz cədvəlinə idmanı daxil etmirsən? İdman zalı, gəzinti və ya təmrinlərdən ibarət yeni videonu izləmək üçün vaxt ayır.

3. DƏRİYƏ QULLUQ
Dərinin sağlam olmasını istəyirsən? Əlbəttə ki, istəyirsən! Quru fırça ilə masaj kobud dərini yumşaldacaq və qan dövranını yaxşılaşdıracaq. Həftədə iki dəfə yumşaq pilinqdən istifadə et, dərinin vəziyyəti və teksturasını yaxşılaşdırmaq üçün onu gündəlik olaraq nəmləndirməyi unutma.

4. GÖY QURŞAĞININ BÜTÜN RƏNGLƏRİ
Daxili gözəlliyini oyat! Pomidor və yay giləmeyvəsi kimi mövsüm meyvə və tərəvəzi faydalı antioksidantlarla zəngindir. Parıltı üçün lazımlı A və C vitaminləri isə gül kələm və brokkoli kimi yaşıl tərəvəzlərin tərkibində vardır.

5. KÜÇƏYƏ ÇIX
Günəşli havadırsa, yağış yoxdursa, idman zalını ən yaxın parka dəyişə bilərsən. Burada sənin qaçmaq və ya sadəcə voleybol oynamaq imkanın olacaq. Lakin günəşdən müdafiə kremini unutma!

6. QARNINA DİQQƏT ET
Dəbli çimərlik geyimində özünü bəyənirsən? Təbrik edirik! İndi isə şişkin qarınla təəssüratı korlamamaq şərtdir. Bunu üçün süni şirinləşdirici,
spirtli içklilər, qazlı içkilər və saqqızdan uzaq olmağa çalış.

7. ÖZÜNDƏN ÇOX ŞEY TƏLƏB ETMƏ
Özünü modellərlə müqayisə etmək üçün bədən quruluşuna diqqət et. Balanslaşdırılmış diyetaya riayət edirsənsə, mütəmadi olaraq idmanla məşğul olursansa və çəkin bədən quruluşuna dair standratlara uyğundursa, özünü tənqidə ehtiyac yoxdur. Sağlam bədən gözəl bədəndir!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
324 360 250 280 296 299

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.