ice berg

ice berg Maraqlı 12-05-2024, 18:46

"Həftə səkkiz mən doqquz" - Belə yaranıb

"Həftə səkkiz mən doqquz" - Belə yaranıb
Hər frazeoloji ifadənin, el məsəlinin arxasında mütləq unudulmuş bir fakt dayanır.

Loading.aZ'ın bu gün təqdim edəcəyi "həftə səkkiz, mən doqquz" ifadəsi də istisna təşkil etmir. Bu fikir necə dildən-dilə düşüb ondan bəhs edəcəyik.

Bu məsəl qədimdə bir çox xalqların istifadə etdiyi 8 günlük iş həftəsindən qaynaqlanır.

İndi istifadə etdiyimiz 7 günlük həftənin tarixçəsi "Bibliya"ya və qədim yəhudi ənənələrinə əsaslanır. Qədim şumerlər və babillər də 7 günlük həftədən istifadə edirdilər.

Qədim romalılar etrusklar isə həftəni 8 gün hesablayırdılar. 7 gün iş gün olurdu, 8-ci gün isə bazar ( alış-veriş günü) elan edilirdi. Bazara getmək bayram sayılır, insanlar üst-başlarını səliqəyə salırdılar.

Qədim Romada bazar günləri sonralar böyük qonaqlıqlarla da diqqət çəkməyə başladı. Həftənin səkkizinci günlərini mütləq şəkildə bayrama çevirənlər daha bəxtiyar xoşbəxt, arsız, dərdsiz-qəmsiz adamlar sayılırdılar. "Həftə səkkiz, mən doqquz" deyəndə bir adam üçün həftənin sonu da, əvvəli də bayramdır demək başa düşülürdü. Tez-tez bayram edir mənasında işlədilirdi. Sonradan bir qədər ironik məna alaraq, tez-tez təkrarlanan bütün hadisələr barədə bu ifadə işlədilməyə başladı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
331 283 293 249 260 265

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.