Diablo

Diablo Xəbərlər 20-05-2024, 16:30

İbrahim Rəisini daşıyan helikopter uçuşa yararsız imiş – Ekspert DANIŞDI

İbrahim Rəisini daşıyan helikopter uçuşa yararsız imiş – Ekspert DANIŞDI
İran prezidenti İbrahim Rəisini daşıyan qəzaya uğrayan helikopter müəyyən hava şəraitində uçuş üçün yararsız olub.

Take.az bildirir ki, “Bild”in məlumatına görə, bu qənaətə nəşrin açıq məlumatların təhlili üzrə eksperti, həvəskar pilot olan və kiçik təyyarələri müstəqil şəkildə idarə edən Yulian Repke gəlib. Onun sözlərinə görə, İran lideri 1990-cı illərdə istehsal edilmiş Amerikanın Bell 212 helikopterində uçurdu.

Bu maşınlar hələ 1960-cı illərdə hazırlanıb və ekspertin fikrincə, helikopter çətin hava şəraitində uçuş üçün yararsız olub. Ekspert iddia edir ki, bu uçuş ekipaj və sərnişinlər üçün “intihar” olub.

“Əgər məlumatlar doğrudursa, Rəisi açıq şəkildə vizual uçuş qaydalarına uyğun gəlməyən bir Bell 212 helikopteri ilə uçurdu.

Helikopter əvvəlcə İran Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilib, lakin sonradan ona daha “mülki” görünüş vermək üçün yenidən rənglənib”, - Repke deyib.

İbrahim Rəisi mayın 19-da axşam saatlarında helikopterin qəza enişi etməsi nəticəsində dünyasını dəyişib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
307 287 257 276 238 257

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.