Ehmedzade

Ehmedzade Mətbəx 13-08-2017, 09:53

Dondurmanı evdə özünüz hazırlayın

Dondurmanı evdə özünüz hazırlayın


Yay deyən kimi ağlımıza dərhal dondurma gəlir. Böyük-kiçik demədən hər kəsin sevdiyi dondurma evdə hazırlandıqda xüsusilə ləzzətli olur.Loading.az ailem.az-a istinadən evdə dondurma hazırlamağın qaydasını təqdim edir.

Lazım olan ərzaqlar:

- 2 yumurta
- 2 stəkan şəkər tozu
- 2 stəkan süd
- 2 paket krem şanti
- Kakao
- Şokolad parçası

Hazırlanması:

Yumurta və şəkər tozu 10 dəqiqəyə qədər qarışdırılır. Üzərinə süd və krem şanti əlavə edilir və 10 dəqiqə daha qarışdırılır. Qarışımın yarısı qapalı qaba töküldükdən sonra buzxanaya qoyulur. Qalan hissəsinin də üzərinə kakao və şokolad parçaları töküb buzxanaya qoyulur.

Dondurmanı servis etməzdən 10 dəqiqə əvvəl buzxanadan çıxarıb xəfifcə yumşalmasını gözləyin. Dondurma qaşığını soyuq suya batırıb çıxarın və dondurmanı qablara qoyun. Üzərini meyvələr və nanə yarpaqları ilə bəzəyərək daha gözəl bir görünüş əldə edə bilərsiniz.


Nuş olsun !

Dondurmanı evdə özünüz hazırlayın


Redaktə etdi: Kukulka

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
709 649 656 594 631 598

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.