Diablo

Diablo Programlar 26-05-2024, 15:30

"WhatsApp"da dizayn dəyişiklikləri olacaq

"WhatsApp"da dizayn dəyişiklikləri olacaq
"WhatsApp" son aylarda dizayn dəyişiklikləri ilə gündəm olub. Android və iOS-da hərtərəfli interfeys dəyişikliyi edən proqram söhbətlərin mövzularını və rənglərini fərdiləşdirmək seçimini təklif edəcək.

"Take.az" xəbər verir ki, iOS üçün "WhatsApp Beta"da qeydiyyatdan keçən istifadəçilər söhbət qabarcıqları üçün divar kağızı və rəng seçməyə imkan verən yeni funksiyanı müşahidə ediblər. iOS beta tətbiqinin 24.11.10.70 versiyasında görünən mövzu fərdiləşdirmə vasitələri söhbətləri daha canlı etmək məqsədi daşıyır.

Sızdırılan ekran görüntülərinə görə, istifadəçilər söhbət qabarcıqları üçün beş fərqli rəngdən birini seçə biləcəklər. Onlar həmçinin bütün söhbətlər üçün standart fon kimi seçdikləri divar kağızı təyin edə biləcəklər.

Qeyd etmək lazımdır ki, seçilmiş mövzu yalnız istifadəçiyə görünəcək. Bu o deməkdir ki, söhbətin digər iştirakçıları "WhatsApp"ın standart yaşıl fonunu görməyə davam edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
362 381 311 273 322 306

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.