Diablo

Diablo Maraqlı 6-06-2024, 20:00

İtlər musiqiyə necə reaksiya verir? – Alimlər izah etdi

İtlər musiqiyə  necə reaksiya verir? – Alimlər izah etdi
Alimlər itlərin musiqiyə necə reaksiya verdiyini kəşf ediblər. Son vaxtlara qədər musiqinin itləri qıcıqlandırdığı və buna görə də ulamaya başladığı qəbul edilirdi.

Sun.az xəbər verir ki, ancaq araşdırmalar bunun yanlış olduğunu göstərib.

Araşdırmaya görə, itlər bu zaman qıcıqlanmır, əksinə eşitdikləri musiqiləri bəyənirlər. Məlumata görə, əgər sahibi musiqini açan kimi it ulamağa başlayırsa, deməli o sahibi ilə eyni zövqə malikdir.

Alimlər qeyd edirlər ki, itlər insan qulağına əlçatmaz olan səsləri eşidə bilirlər. Bir itin eşitməsi xüsusilə tonallığa və hətta daha çox səsə həssasdır.

Ancaq it ulayırsa, onu oxumaq kimi qəbul etmək lazımdır. Belə hallarda narahat olmayın. Bu zaman it özünü rahat, sakit hiss edir və melodiyanı açıq şəkildə bəyənir.

Yox, əgər it başqa bir otaqda gizlənməyə çalışırsa, onda narahatlıq hiss edirsinizsə, və ya qəribə şəkildə ağlayırsa, çox güman ki, səs onun üçün xoşagəlməzdir. Ya da musiqi çox yüksək səslə açılıb və bu, itdə stress yaradır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
315 308 285 267 268 266

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.