ice berg

ice berg Məşhurlar 9-06-2024, 18:00

İllər sonra Barış Mançonun əsl adı açıqlandı

İllər sonra Barış Mançonun əsl adı açıqlandı
Dünyaca məşhur mərhum müğənni Barış Mançonun oğlu Doğukan Manço atasının əsl adını açıqlayıb.

Loading.aZ azxeber-ə istinadla bildirir ki, Doğukan hər kəsin Barış Manço deyə tanıdığı atasının əslində 4 adının olduğunu deyib.

"Atam doğulduğunda ona qoyulan ilk ad Mehmet olub. Bu da onun babasının adıdır. Bibimdən dinlədiyim xatirələrə görə əmim savaş illərində doğulduğu üçün ona Savaş adını qoyublar. Daha sonra insanların sülhə inandığı zamanlarda atam dünyaya gəlib və buna görə də adını Barış qoyublar. Daha sonra atamın əmisi oğlu dünyasını dəyişir və onun xatirəsinə atama Yusuf adını da qoyurlar. Ən maraqlısı da odur ki, atam 5 kq dünyaya gəldiyi üçün xəstəxanada ona Tosun deyə səsləniblər. Rəsmi sənədlərdə atamın adı Tosun Yusuf Mehmet Barış Manço olaraq qeydiyata düşmüşdü. Daha sonra ali məktəbə qeydiyyat zamanı Tosun Yusuf hissəsini sildirib. Amma indi də heç kəs bilmir ki, atamın asl adı Mehmet Barış Mançodur".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
383 320 292 325 334 276

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.