Kukulka

Kukulka Mətbəx 14-08-2017, 19:53

Badamlı peçenye

Badamlı peçenye


Hər kəs şirniyyatı çox sevir. Xüsusilə də evdə hazırlanan şirniyyatların dadından heç doymaq olmur. Evdə badamlı peçenyenin hazırlanma qaydasını təqdim edirik.

Lazım olan ərzaqlar:

1 stəkan yarım un
1 stəkan şəkər tozu
150 qr badam içi
1 stəkan kərə yağı
3 yumurta ağı
1 çay qaşığı qabartma tozu
1 çimdik duz
Badamlı peçenye
Hazırlanması:

Soba 180 dərəcə qızdırılır. Badamlar mətbəx robotunda tamam üyüdülür. Otaq istiliyində yumşalmış kərə yağı ilə şəkər tozu krem ​​halına gələnə qədər çırpılır. İçinə yumurta ağı əlavə olunub çırılpmağa davam edilir. Qatı krem ​​halına gəlincə içinə ələnmiş un, qabartma tozu, duz, üyüdülmüş badam əlavə olunur və taxta qaşıqla qarışdırılır. Üzərinə yağlı kağız qoyulmuş soba qabına qaşıqla bir-birindən aralı şəkildə qoyulur və üstləri qızarana qədər bişirilir.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
647 601 627 639 608 638

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.