n2006

n2006 Maraqlı 18-06-2024, 14:30

Qaranquşlar

Qaranquşlar
Hamımız itili qanadları olan şən qaranquşları müşahidə etmişik.
Deyilənə görə bu quş kimin damının altında yuva qursa həmin evdə səliqə və xoşbəxtlik olar. Qaranquşların həyatı insanlarla sıx bağlıdır. Sinəsi ağ şəhər qaranquşları səliqəli, bağlı yuvalarını daş və taxta evlərin karnizləri altında, kənd qaranquşları isə samanlıq və kənd evlərinin damları altında qurur.

Onlar palçıqdan hazırladıqları açıq yuvalarını tirlərə, taxta divarların və damların çıxıntılarına bərkidir. Qaranquşların gölməçələrin kənarındakı qurumamış palçığı dimdikləri ilə gətirərək kiçik və səliqəli yuvalar tikdiyini görmüşük.

Həm şəhər, həm də kənd qaranquşları yalnız həşəratlarla qidalanır. Demək olar ki, ömürlərini havada – uçaraq keçirir. Qaranquş yay fəslində yarım milyondan bir milyona qədər mığmığa, ağcaqanad və mənənə ovlayır.

Havanın dəyişməsindən, ildırımdan öncə qaranquşlar alçaqdan uçur. Onların bu hərəkəti insanlarda yağış əlaməti kimi qəbul edilir. Bəzən sərçə qaranquşun yuvasına girir. Bu zaman qaranquş çağırılmamış qonağı qovmağa çalışaraq təlaşla yuvanın ətrafında dövrə vurur. Bəzən sərçələrin zəbt etdiyi yuvanı tərk edərək yaxınlığında digərini tikməyə başlayır.

Adətən may ayının əvvəllərində yuvada dişi qaranquşun kürt yatdığı 4-6 yumurta peyda olur. Erkək qaranquş bu zaman ona yem gətirir, sonra hər iki valideyn cücələrə qayğı göstərir. Cücələr yuvada 3 həftə yemlənir, yuvadan uçduqdan sonra onlara bir neçə gün ov etmək öyrədilir. Sonda valideynləri onları tərk edir.

Qaranquşlar nəhəng ərazilərdə: Avropa, Asiya, Afrikanın şimalında və demək olar ki, bütün Şimali Amerikada məskunlaşıb.

Avropa qaranquşları Ekvatorial və Cənubi Afrikada, Asiya qaranquşları Hindistandan Filippinə qədər ərazilərdə, Şimali Amerika qaranquşları Cənubi Amerikanın şimalında qışlayır. Avropa qaranquşları mart-aprel aylarında yuva qurmaq üçün geri qayıdır.

Qaranquş çox gözəl və mehriban quşdur. O, itili uçuşu ilə tutqun və yağışlı, həmçinin açıq yay səmasını canlandırır. Qədim dövrlərdən insanlar qaranquşlara məhəbbətlə yanaşıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
284 285 286 253 247 257

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.