ÊLfidÂ

ÊLfid Mətbəx 14-08-2017, 17:10

Pendirli bükmə

Pendirli bükmə





Tərkibi (10 ədəd):

xəmir:
200 ml süd
1 ç.q. quru maya
1 ç.q. şəkər tozu (şirin istəyirsinizsə, 2-3 qaşıq)
300 q un
2 x.q. qoxusuz bitki yağı

iç:
10 ədəd hamburger üçün ərinmiş pendir

İsti südə maya və şəkər tozunu əlavə edin. Şişəndən sonra yağ və unu əlavə edin. Bərk olmayan xəmir yoğurun.

Xəmir qalxandan sonra 10 yerə bölün.

Hər kündəni 2-3 mm qalınlıqda dördbucaqlı şəkildə yayın. Rahat olsun deyə bitki yağı çəkilmiş taxtanın üstündə yayın. Orta hissəsində bərabər məsafədə paralel kəsiklər qoyun. Pendiri bir başından qoyub, rulet kimi bükün (bərk sıxmayın).

Kənarlarını bərkidin.

Perqament döşənmiş siniyə "tikişi" üzüaşağı olmaqla qoyun. 20-25 dəqiqə saxlayın. Yumurta sarısını azca südlə qarışdırıb üstünə çəkin.

210 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.

Nuş olsun!

Pendirli bükmə

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
640 658 600 603 581 556

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.