Diablo

Diablo İslam Dini 24-06-2024, 09:30

Azan və iqamə haqqında

Azan və iqamə haqqında
Ayətullah Seyyid Əli Hüseyn Sistani:

السؤال: صليت الفرض وحسبت أنّ الأذان قد أذّن، فما الحكم هنا؟

الجواب: إذا تبيّن أنّ الصلاة وقعت قبل الوقت لزم إعادتها.

Sual: Azanın artıq verildiyini hesab edərək vacibi bir namaz qıldım. Buradakı hökm nədir?

Cavab: "Namazın vaxtından əvvəl qılındığı aşkar edilərsə, yenidən qılınmalıdır".

السؤال: هل يجوز الإتيان بالأذان والإقامة في الصلوات غير الواجبة مثل صلاة جعفر وصلاة الآيات وصلاة ليلة القدر؟

الجواب: مورد الأذان والإقامة الفرائض اليوميّة فقط، ولا يشرعان في النوافل، ولا في الفرائض غير اليوميّة.

Sual: (Gündəlik) Vacibi namazlardan olmayan (istər vacib istər müstəhəb) Cəfəri Təyyar, ayət və qədr gecəsinin namazları kimi namazlarda azan və iqamə demək icazəlidirmi?

Cavab: "Azan və iqamənin deyilmə yerləri yalnız gündəlik vacibi namazlardadır. Gündəlik olmayan vacibi namazlar və müstəhəbbi namazlarda yerinə yetirilmələri şəriətdən olmayandır".

السؤال: لو أخطأت في الإقامة وواصلت فهل تكون صلاتي صحيحة؟

الجواب: الإقامة مستحبة فيجوز تركها، ولايضر الخطأ فيها بصحّة الصلاة.

Sual: İqamədə səhv etsəm və davam etsəm, namazım doğru sayılarmı?

Cavab: "İqamə demək müstəhəb sayılır, tərk edilərək deyilməyədə bilinər. İqamədəki edilən səhv namazın doğruluğuna xələl gətirmir".

السؤال: شخص كان يُدخِل الإقامةَ في الصلاة ويأتي بها بعد تكبيرة الإحرام فما حكم صلواته السابقة؟

الجواب: إذا كان جاهلاً قاصراً معذوراً في جهله فصلواته صحيحة.

Sual: Bir şəxs iqaməni namaza daxil edərək təkbirətul-ehramdan sonra deyərsə, keçmişdə qıldıqları namazların hökmü nə olacaq?

Cavab: "Bilməməzliyində üzürlü olması "cahil qasir"¹ üzündəndirsə, qıldığı namazlar doğrudur".

¹ Bilmədiyinə görə günahı olmayan cahil, yəni Allahın hökmünü öyrənməyə imkanı olmayan və yaxud özünü cahil bilməyən şəxs.

*السؤال: ما حكم المؤذِّن إذا سها في أذانه، ونسي أن يقول: (أشهد أن لا إله إلا الله) في بداية الأذان؟*

*الجواب: لا شيء عليه مع السهو.*

*Sual 5: Azan verən azanda yanlışlıq edərsə və azanın əvvəlində "Əşhədu ən ləə iləəhə illəllahu" deməyi unudarsa azançının hökmü nədir?*

Cavab: "Yalnışlıq etdiyi təqdirdə heç bir eybi yoxdur".

السؤال: هل يجوز أن نصلّي قبل أن ينتهي المؤذِّن من الأذان؟

الجواب: يجوز مع الوثوق بدخول الوقت.

Sual 6: Azançı azanı bitirməmişdən öncə namaz qılmağımız icazəlidirmi?

Cavab: "Vaxtın daxil olduğuna inam (güvən) vardırsa icazəlidir".

*Azan və İqamə*

*Ayətullah Seyyid Əli Hüseyn Sistani:*

*٧السؤال: يُتَعارف لدى بعض المجتمعات الأذان عند حصول الكسوف أو الخسوف مراراً بقصد الإعلام، فهل هذا مُشروع أم لا؟*

*الجواب: لم يرد دليل على مشروعيّته.*

*Sual 7: Bəzi cəmiyyətlərdə bilindiyi kimi günəş və ay tutulması zamanı məlumat vermək niyyəti ilə dəfələrlə azan verilir. Bu iş şəriətdən olandır, ya yox?*

*Cavab: "Şəriətdən olduğuna dair heç bir dəlil yoxdur".*

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
517 479 409 455 411 377

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.