Ulya

Ulya Mətbəx 15-08-2017, 12:00

Üç görüş tortu

Üç görüş tortu


Ərzaqlar:

3 yumurta
1,5 su stəkanı şəkər
1,5 su stəkanı xama
1,5 su stəkanı un
½ su stəkanı xaş-xaş
½ su stəkanı kişmiş
1 paket qabartma tozu
½ stəkan qoz ləpəsi
200 qram 30%-li qaymaq
175 qram kərə yağı
1 banka bişmiş süd

Hazırlanması:

Kişmişi yuyun, qurudun.
1-ci qat xəmiri hazırlamaq üçün 1 yumurta, 0,5 stəkan şəkər, 0,5 stəkan xama, 0,5 stəkan un, bir az qabartma tozu, doğranmış qozu növbə ilə mikserlə çarpın.

2-ci qat xəmiri hazırlamaq üçün 1 yumurta, 0,5 stəkan şəkər, 0,5 stəkan xama, 0,5 stəkan un, bir az qabartma tozu, bir az xaş-xaşı növbə ilə mikserlə çalın.

3-cü qat xəmiri hazırlamaq üçün 1 yumurta, 0,5 stəkan şəkər, 0,5 stəkan xama, 0,5 stəkan un, bir az qabartma tozu, bir az kişmişi növbə ilə mikserlə çalın.

Sobanı 180-200 dərəcədə qızdırın.

Yumru formada olan soba qabını yağlayın və hər xəmiri 20-25 dəqiqə sobada bişirin.
Kekslər bişənə qədər kremi hazırlayın.

Qaymağı mikserlə çalın, üzərinə yumşalmış yağ və bişmiş südü əlavə edib qarışdırın.

Hazır keksləri növbə ilə 1-ci qozlu, 2-ci xaş-xaşlı, 3-cü kişmişlini kremləyin və bir-birinin üstünə qoyun. Üstünü istəyinizə görə sürtgəcdən keçirilmiş şokolad və kakosla bəzəyə bilərsiniz.
Sərin yerdə bir neçə saat saxlayın.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
643 728 600 558 613 660

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.