bu dünyada mərkəz sənsən
• Həyatda itirdiyimiz hər şeyi geri qaytara bilmərik.Tapmayacağımızı bilə-bilə onun axtarışına sərf etdiyimiz zamanı da. Bir yerdən sonra əvəzləməyi, yerinə başqa şeylər qoymağı öyrənməliyik. Onsuz da həyatda heç nə yoxa çıxmır. Qəlbimizin qaldığı hər şey bir gün başqa formada rastımıza çıxacaqdır. Bircə düzgün baxmağı öyrənmək lazımdır. Yaşamaq üçün davam etmək lazımdır. Yaxşı yaşamaq üçün isə enerji. Enerjinizi artıq getmişlərə sərf etmək isə yaşayaraq intahar etmək deməkdir.. Nəyin ağrısı varsa onu aradan dəf etməyin yolu ona həsr edilən zamanı həyatına qataraq yeni şeyə sərf etməkdir. Unutma ki, bu dünyada mərkəz sənsən və itən də səndən itir, gələn də sənə gəlir.. 🖤







