ÊLfidÂ

ÊLfid İslam Dini 15-08-2017, 14:27

Tilavət səcdəsi

Tilavət səcdəsi


Tilavət səcdəsi Allaha sayğı göstərmək deməkdir. Qurani-Kərimin 14 surəsində səcdə ayəsi vardır. Bunlardan birini oxuyana vəya eşidənə
səcdə etmək vacibdir. Əgər səcdə ayəsi namazda oxunacaqsa, o zaman tilavət səcdəsinin də namazda yerinə yetirilməsi lazımdır. Belə ki, səcdə ayəsindən sonra Quran oxumağa
davam ediləcəksə, səcdə ayəsi oxunduqda, həmin tilavət səcdəsi də yerinə yetirilir və təkrarən ayağa qalxaraq oxumağa davam edilir. Əgər səcdə ayəsindən sonra oxumağa
davam edilməyəcəksə, o zaman 1-2, ən çox da 3 ayə oxunur, rüku və səcdələr edilir. Ayrıca olaraq tilavət səcdəsinə ehtiyac yoxdur. Namazda oxunan səcdə ayəsini
namazda olmayan bir şəxs eşidərsə, o zaman onun da səcdə etməsi lazımdır. Namaz qılan bir şəxs namazda olmayanın oxuduğu səcdə ayəsini eşidərsə, namazdan sonra
tilavət səcdəsini yerinə yetirməsi zəruridir. Namazda səcdə ayəsini oxuyanın namazda tilavət səcdəsini yerinə yetirməsi lazımdır. Namaz bitdikdən sonra isə artıq bu iş olmaz.
İmam namazda səcdə ayəsini oxuyarsa, həm özü, həm də ona uyan camaat səcdə edir. Aybaşı və ya zahı olan qadınlara vacib deyildir.

Namazın xaricində tilavət səcdəsinin yerinə yetirilməsi:

Dəstəmazlı olaraq qibləyə tərəf durulur. Tilavət səcdəsi niyyəti ilə əllər qaldırılmadan "Allahü Əkbər" deyilərək səcdə edilir. Səcdədə 3 dəfə
"Sübhanə Rabbiyəl-ala" söyləndikdən sonra, "Allahü Əkbər" deyilərək ayağa qalxılır. Ayağa qalxarkən "Ğufranəkə Rabbənə və ileykəl-məsır" deyilməsi müstəhəbdir, yəni məqsədə uyğundur.

Qurani-Kərimdə səcdə ayəsi olan 14 surə bunlardır:

1.Araf Surəsi (206-cı ayə)
2.Rad Surəsi (15-ci ayə)
3.Nahl Surəsi (48-ci ayə)
4.İsra Surəsi (107-ci ayə)
5.Məryəm Surəsi (58-ci ayə)
6.Həcc Surəsi (18-ci ayə)
7.Furkan Surəsi (60-cı ayə)
8.Nəml Surəsi (25-ci ayə)
9.Səcdə Surəsi (15-ci ayə)
10.Sad Surəsi (24-cü ayə)
11.Fussillət Surəsi (37-ci ayə)
12.Nəcm Surəsi (62-ci ayə)
13.İnşikak Surəsi (221-ci ayə)
14.Alaq Surəsi (19-cu ayə)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
984 1024 936 979 922 996

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.