cabir

cabir Məşhurlar 11-07-2024, 21:30

"Həyat yoldaşıma qurban olum, başına dönüm"

"Həyat yoldaşıma qurban olum, başına dönüm"
"Hərdən arada" mahnısı mənim özüməm. 6 illik sevgimin sonu pis oldu. Bütün günü onun haqqında düşünürdün. "Leyli Məcnun" niyə birləşmədi? Hörmət... Allahı yada saldım, 6 il əziyyət verdi, sonra elə ayırdı ki, bir də birləşdirmədi. İndi ən gözəl sevgi hörmətdir. Allah məni ondan xilas edib, kişi, mərd oğulun əlinə təslim etdi".Loading.Az xəbər verir ki, bu sözləri bu sözləri müğənni Səidə Sultan "Qapqara" yutub layihəsində deyib. İfaçı nakam sevgisindən danışıb.
Səidə aparıcı, aktyor Kamran Ağabalayevin onun açıqlamalarından birində dediyi "Ailə qurduğum şəxs kişi xarakterli, qəhrəman, Koroğlu olmalıdır" xatırlatmasına belə reaksiya verib:

"Həyatımda Koroğlu var. Ona qurban olum, başına dönüm. Mən də dəli Nigaram. Onunla hara desəniz, ölüm də olsa gedərəm. O, yaxşı oğlandır. Səhvi olsa da gedərəm. İndi yaşadığım sevgi nemətdir. "Leyli Məcnun" sevgisi lənət idi. Orada xəyallar qurmuşdum, hamısı dağıldı. Manyak idi, mənə əziyyət verirdi. İndiki sevgi mənə rahatlıq verir, incitmir".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
264 296 228 247 273 241

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.