ice berg

ice berg Evlilik 16-07-2024, 23:00

Xoşbəxt yaşayan həyat yoldaşlarının 5 ƏSAS VƏRDİŞİ

Xoşbəxt yaşayan həyat yoldaşlarının 5 ƏSAS VƏRDİŞİ
Bir çox evli cütlüyün ayrılma səbəbi ortaq dil tapa bilməməkdir. Bunlara baxmayaraq, belə problemlərin öhdəsindən gələn cütlüklər də az deyil. Və onların münasibətlərini təhlil etsəniz, xoşbəxt ailələrin çoxlu ortaq cəhətləri olduğunu görərsiniz.

İlk növbədə, söhbət həyat yoldaşlarının müəyyən vərdişlərindən gedir.

Ortaq qərar qəbulu

Cütlük vacib məsələləri birlikdə müzakirə etməkdən imtina etsə, heç vaxt güclü olmayacaqlar. Qərar vermək istəyirsən? Həyatınızdakı şəxslə məsləhətləşərək qərar qəbul edin.

Sevgi bəyannamələri

“Mən səni sevirəm” ifadəsini yalnız münasibətin ilk mərhələsinə aid etmək lazım deyil. Uzun müddətdir birlikdə yaşayan həyat yoldaşları da zaman-zaman bir-birlərinə sevgilərini etiraf etməlidirlər.

Komplimentlər

Yarınızı tərifləməyi unutmayın. Partnyorunuzun uğurlarına laqeyd yanaşmayın, onun xarici görünüşünə heyran olun.

Minnətdarlıq

“Təşəkkür edirəm” sözü çox vacibdir. Güclü cütlüklərin nümayəndələri bir-birlərinə təşəkkür etməyi heç vaxt unutmurlar.

Şəxsi məkan

Xoşbəxt bir əlaqənin başqa bir sirri, qəribə də olsa, bir-birindən vaxtaşırı ayrı qalmaqdır. Hər bir həyat yoldaşının sakitcə, tək halda çıxa biləcəyi şəxsi məkanı olması məsləhətdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
366 297 299 272 323 287

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.