Diablo

Diablo Evlilik 20-07-2024, 15:01

EVLƏNƏNLƏRİN SAYINDA AZALMA NƏ İLƏ BAĞLIDIR?

EVLƏNƏNLƏRİN SAYINDA AZALMA NƏ İLƏ BAĞLIDIR?
Cari ilin ilk beş ayı ərzində ölkədə 17 448 nikah və 8 795 boşanma hall qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,1-ə, boşanmaların sayı isə 2,2-dən 2,1-ə düşüb.

Boşanmaların sayının vaxtaşırı azalması və artmasına çoxdan öyrəncəliyik. Açıqlanan statistikada diqqətçəkən məqamılardan biri nikah bağlayanların sayının azalmasıdır.

Maraqlıdır, evlənənlərin sayının kəskin azalmasına səbəb nədir?

Bu suala cavab tapmaq üçün ekspert PRİM – “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi”nin direktoru, psixoloq M.Almara Ağaqızına müraciət etdik.

Fikirlərini bildirən mütəxəssis deyir ki, bu, təhlükəli tendensiyadır. İnsanlarda məsuliyyət hissi azalır. Boşananlardan daha çox mübahisəli ailələr çoxdur. Bəzən boşanmanı normallaşdırma kimi yanaşmanın şahidi oluruq. Nəzərə almaq lazımdır ki, Avropada və Azərbaycanda boşanmalar fərqli mənəvi zərbələr vurur. Ailədə mübahisə yeni nəslə mənfi təsir göstərir.

Ekspert onu da bildirir ki, gənclərin ailə qurmağa tələsməməsinin bir çox səbəbləri var. Burada mənfi və müsbət düşüncələr mövcuddur. Birinci səbəb maddi məsələ, ən başlıcası da ev məsələsidir. Əvvəllər gənclər qaynana-qaynata ilə birlikdə yaşamağa razı idilərsə, bu günkü gün nə oğlanlar, nə qızlar buna razı olmurlar.

Psixoloq onu da qeyd edir ki, son illər bir çox insanlar psixologiya ilə maraqlanmağa başlayır, ailənin yalnız evlənməkdən, yalnız uşaqla valideynin münasibətinin yeməkdən, isti geyindirməkdən ibarət olmadığını anlayırlar. Bu onları bir növ qorxudur.

Almara xanımın fikirncə, gəncləri qorxudan səbəblərdən biri isə kütləvi informasiya vasitələrində oxuduğumuz xəyanətə dair xəbərlərdir: “Tez-tez evli xanımların başqa kişilərə qoşulub qaçdığına, kişilərin ailəsini və övladını atıb getdiyinə dair xəbərlər oxuyuruq. Sosial şəbəkələrdən aktiv istifadə edən gənclik bütün bunları oxuyur və şüuraltı bir qorxu yaranır. Bu gənclər arasında bir-birinə inamsızlıq yaradır. Hər iki tərəfin ağlında “görəsən, o mənə sadiq həyat yoldaşı ola bilər ya yox?” sualı yaranır. Əlbəttə ki, bu insanları evlilik haqqında fikirlərini ikinci plana salır.”

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
365 343 236 317 269 291

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.