"Sumqayıt"ın heç-heçəsi Azərbaycanın UEFA reytinqindəki yerinə təsir edib
Avrokubokların II təsnifat mərhələsinin cavab oyunlarının ikinci gününün nəticələrindən sonra UEFA yenilənmiş əmsallar cədvəlini dərc edib.
Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, Çempionlar Liqası və Konfrans Liqasında baş tutan matçlar Azərbaycanın da mövqeyinə təsir edib. Macarıstanda "Fehervar"la qolsuz heç-heçə edən "Sumqayıt" ölkəmizə 0.125 xal (bu mərhələdə heç-heçəyə görə verilən 0.500 xal klubların sayına (4) bölünüb) qazandırıb.
Bununla xal hesabımız 18.125-ə yüksəlib. Bu qazanca baxmayaraq, Azərbaycan 25-ci sıraya düşüb. Eyni xala malik olan Slovakiya 24-cü pilləni ələ keçirib (ölkənin bütün 4 komandası Avrokuboklarda mübarizəni davam etdirir).
Cari mövsümün qazancı 1.375-ə çatıb. Ölkə reytinqi üçün "Zirə" və "Qarabağ" hərəyə 0.500 xal, "Sabah" 0.250 xal, "Sumqayıt" 0.125 xal əldə edib.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir - 89.160 xal.