ice berg

ice berg İslam Dini 3-08-2024, 20:02

“Hər yer Kərbəladır, hər gün Aşuradır” cümləsi həqiqətən hədisdirmi?

“Hər yer Kərbəladır, hər gün Aşuradır” cümləsi həqiqətən hədisdirmi?
Həqiqətən, dindar kəsimə bu cümlə çox zaman hədis kimi təqdim edilir, hətta bəzi ruhanilər də bunu öz söhbətlərində məsumların kəlamı kimi qeyd edir və ona əsaslanırlar.

Halbuki, dəqiq araşdırmalara görə, “Hər yer Kərbəladır, hər gün Aşuradır” cümləsi hədis deyil və səhih hədis məcmuələrində bu yoxdur.

Əksinə, əldə olan məlumatlara görə, ilk dəfə bu məzminda fikri öz qəsidələrinin birində (“həmziyyə” qəsidəsi) XIII əsrdə yaşamış əhli-sünnə məzhəbli Məhəmməd Busiri adlı şair söyləmişdir.

Busiri Həzrət Peyğəmbərə (s) həsr etdiyi şeirlərlə tanınır, onun “bürdə qəsidəsi” xüsusilə məşhurdur. Daha sonralar digər şairlər də öz əsərlərində bu fikri daha təsirli şəkildə ifadə etmişlər.

Məsumların hədislərində İmam Hüseynə (ə) xitabən “Heç bir gün sənin günün (Aşura) kimi (müsibətli) ola bilməz” buyurulur, bu fikrə məşhur ziyarətnamələrin mətnində də rast gəlirik.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
389 441 316 347 333 339

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.