ice berg

ice berg Texnologiya 7-08-2024, 17:20

"Xiaomi" smartfonlarında yeni funksiya - İzləmədən qaça biləcəksiz

"Xiaomi" smartfonlarında yeni funksiya - İzləmədən qaça biləcəksiz
“Xiaomi” smartfonlarına gizli video nəzarətdən qorunma funksiyası əlavə ediləcək.

Loading.aZ xəbər verir ki, bu barədə “XiaomiTime” bloqu məlumat yayıb.

Media müəllifləri bildiriblər ki, yeni “Xiaomi” smartfonlarının təchiz olunduğu “HyperOS 2.0” əməliyyat sisteimində gizli kameraların aşkarlanması funksiyası mövcud olacaq. Onun köməyi ilə istifadəçi qapalı və ya açıq ərazilərdə müşahidə üçün quraşdırılmış gizli kameraları tapa biləcək.

Deyilənə görə yeni funksiya simsiz yerli şəbəkə (WLAN) siqnallarını təhlil edərək işləyəcək. Bir qayda olaraq, əksər video kameralar yerli Wi-Fi şəbəkəsinə qoşulur və məlumatları uzaq serverə ötürür.

“XiaomiTime” mütəxəssisləri qeyd ediblər ki, yeni funksiya xüsusilə yaşayış yerini tez-tez dəyişən və məxfilikdən narahat olan səyahətçilər üçün faydalı olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
285 292 209 243 292 201

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.