ice berg

ice berg Məşhurlar 7-08-2024, 21:00

Flora Kərimova: "7 günə 70 il yaşlanan Xocalı qızım!"

Flora Kərimova: "7 günə 70 il yaşlanan Xocalı qızım!"

Xəbər verdiyimiz kimi, ötən gün Xocalı soyqırımı zamanı 8 gün erməni girovluğunda qalmış Dürdanə Ağayeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Xalq artisti Flora Kərimova sosial şəbəkədə onun ölümündən yazıb.

"Dürdanə xanım, Xocalı balam!

Xocalı faciəsini çiynində daşıyan, yeddi günə yetmiş il yaşlanan qızım. Axıtdığın göz yaşını şəffaf görmürdüm, al qan idi. Görən görürdü. Allah sənə rəhmət eləsin. Övlad nigaranlığı daima ana qəlbinin qübarıdır. Qızın Azərbaycana əmanətin olsun.

Sevindirən odur ki, Xocalının qisasını gözlərinlə gördün, canından artıq olan torpağına qovuşdun, evinə-ocağına qovuşdun. Rahat uyu qızım", - deyə Xalq artisti qeyd edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
210 208 241 245 214 205

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.