ice berg

ice berg Aforizm 14-08-2024, 22:22

Alber Kamünün aforizmləri

Alber Kamünün aforizmləri
“Yalnız yalansız yaşamağa imkanı olan insan – azad insandır”.

***

“İnsan – özü kimi olmaq istəməyən yeganə canlıdır”.

***

“İnsanlar arasında necə yaşamalı? Bu, həyatın ən böyük sualıdır”.

***

“Məndən qabaqda getmə-çatmaya bilərəm.

Məndən arxada qalma-azdıra bilərəm.

Sadəcə yanaşı addımlayaq – dost olaq”.

***

“Sevilməmək, sadəcə, bəxtsizlik, sevməmək bədbəxtlikdir”.

***

“Məktəb bizi onsuz da mövcud olmayan həyata hazırlayır”.

***

“Hamı özünü sonacan tanımadan ölür”.

***

“Xoşbəxtliyin məğzini axtarsanız, heç vaxt xoşbəxt olmayacaqsınız. Həyatın mənasını axtarsanız, yaşamayacaqsınız”.

***

“Özümüzü tapmaq yolunda səyahətdən böyük və ciddi elm yoxdur”.

***

“Həyata məna vermək lazım deyil – yaşamaq istəməyəcəksiniz”.

***

“Təəssüf ki, insan ürəyi yalnız ona bədbəxtlik gətirən hadisələri tale adlandırmağa meyillidir”.

***

“Ədalətsizliklə ya barışır, ya da vuruşurlar”.

***

“Filosof olmaq istəyirsənsə, roman yaz”.

***

“Mən ədalətlə, ananın seçimində ananı seçirəm”.

***

“Gələcəyə münasibətdə ən böyük səxavət – bütün varlığını bu günə həsr etməkdir”.

***

“Biz Tanrıya yalnız mümkünsüzü mümkün etmək üçün üz tuturuq”.

***

“Qədim filosoflar oxumaqdan çox düşünürdülər. Kitab çapı hər şeyi dəyişdi. İndi düşünməkdən çox oxuyurlar”.

***

“İnsan – qorxaqların əhatəsində olanda özünü tənha hiss edir”.

***

“Əgər həyatınızda məna nə qədər azdırsa, deməli, bir o qədər yaxşı yaşamısınız”.

***

“Aydın yazanların oxucuları, tutqun yazanların şərhçiləri olur”.

***

“Dünyanı dəyişmək iddiası hər yeni gələn nəslə xas təzahürdür”.

***

“Onunla razılaşmayanda ən absurd fikir də məna kəsb edir”.

***

“Sənətkarın hər addımı sərgüzəşt, böyük riskdir. Və sənətkar azadlığı da məhz o riskdədir”.

***

“İnsanı insan eləyən danışmağı yox, susmağı bacarmasıdır”.

***

“Qocalıq – hissdən təəssüfə keçid mərhələsidir”.

***

“Müəyyən yaşdan sonra simasına görə hər bir insan özü cavabdehdir”.

***

“Fəlsəfə – həyasızlığın müasir formasıdır”.

***

“Siyasət mənlik deyil: çünki rəqibimə nə dözə, nə də ölüm arzulaya bilərəm”.

***

“Bərabərlik – azadlığın düşmənidir. Qədim Yunanıstanda insanlar azadlıqlarına görə qullara borcluydular”.

***

“Demokratiya – çoxluğun hakimiyyəti yox, azlığın müdafiəsidir”.

***

“İnsana ümidsizliyin dərki qədər ümid verən heç nə yoxdur”.

***

“Yazıçının məramı sivilizasiyanı özünüməhvdən qorumaqdır”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
369 373 273 316 300 274

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.