ice berg

ice berg Programlar 19-08-2024, 12:12

"WhatsApp" mesajlarla bağlı daha bir funksiya təqdim edir

"WhatsApp" mesajlarla bağlı daha bir funksiya təqdim edir
"WhatsApp" mesenceri istifadəçilərini naməlum hesablardan gələn arzuolunmaz və potensial təhlükəli mesajlardan qorumaq üçün yeni funksiya üzərində işləyir.

Loading.aZ'ın verdiyi məlumata görə, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Bildirilir ki, yenilik "WhatsApp"ın Android üçün 2.24.17.24 beta versiyasında aşkar edilib.

Yenilik istifadəçilərə naməlum həmsöhbətlərdən gələn mesajları, əgər onların həcmi müəyyən edilmiş həddi keçirsə, avtomatik olaraq bloklamağa imkan verir. Bu, istifadəçiləri spam, fişinq və zərərli proqram təminatı ilə yoluxma riskindən qorumağa kömək edəcək.

Hazırda "WhatsApp" şübhəli mesajları, həmçinin kütləvi göndərişləri aşkar etmək və filtrasiya etmək üçün avtomatlaşdırılmış alətlərdən istifadə edir. Yeni funksiya isə istifadəçilərə əlavə qorunma səviyyəsi təqdim edəcək, naməlum hesablardan gələn mesajları preventiv şəkildə bloklamağa imkan yaradacaq.

"WhatsApp"ın yeni funksiyasının nə vaxt istifadəçilər üçün əlçatan olacağı hələ məlum deyil.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
279 294 214 254 266 258

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.