amon

amon Statuslar / Sevgi 19-08-2017, 01:37

Qaytar mənim oyuncaqlarımı, daha səninlə oynamıram.

Qaytar mənim oyuncaqlarımı, daha səninlə oynamıram.
Qaytar mənim oyuncaqlarımı, daha səninlə oynamıram.
Qaytar mənə zamanımı səninlə keçirdiyim hər anımı, heç yerə getmədim,heç nə etmədim ki, zamanım tək səninlə keçsin deyə. Mənim saatımda sadəcə bir zaman vardı, səninlə olan zaman. Qaytar artıq o zamanımı!


Qaytar mənə güllərimi, hər görüşdə sənə gətirdiyim o gülləri. Mən o gülləri sevgi ilə yetişdirirdim sən sevgi qoxasan deyə. Mən bağban olmuşdum ən gözəl gülü sənə yetişdirim deyə. Qaytar mənə o güllərimi!

Qaytar mənə nəfsimi, sənə görə nələrdən vaz keçdim. Nələrdən imtina etdim, kimsəyə baxmadım, kimsəylə danışmadım, kimsəylə görüşmədim. Mən kimsəni tanımadım sənə görə. Qaytar mənim nəfsimi!

Daim səni xatırladan, daim səndın danışan, hər sözümdə sən olan səni Qaytar mənim sözlərimi

Qaytar mənə xəyallarımı, nə xəyallar qurduq səninlə, gözəl ailəmiz, şirin körpələr xəyal etdik. Biz ən gözəl ailə olmağımızı, heç bir zaman ayrılmamağı xəyal etdik. Qaytar mənim xəyallarımı!


Qaytar mənim oyuncaqlarımı, qaytar oyuncaq etdiyin bu həyatımı, bu varlığımı!
Daha səninlə oynamaq istəmirəm..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
660 669 607 573 598 636

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.